Əməkdar artist Zöhrə Abdullayeva "Elgizlə izlə" proqramına telefonla bağlanıb.
Unikal.org xəbər verir ki, hazırda xəstəxanada olan müğənni müalicəsinin davam etdiyini deyib:
"Xəstəxanadayam, sistem edirlər. Hələ buradayam, görək nə olur".
Qeyd edək ki, Z.Abdullayeva uzun müddətdir revmatizmadan əziyyət çəkir. Xəstəliyi ağırlaşan müğənni yeriməkdə çətinlik çəkir. O, 30 kiloqram arıqlayıb.