Koronavirusa yoluxan aktyor Ali Sunal xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, Covid-19 testi pozitiv çıxan sənətçi əvvəlcə evdə müalicə almağa çalışıb. Ötən gün isə onun səhhəti ağırlaşıb.

Qeyd edək ki, Sunal bir müddət əvvəl qayınana və qayınatasının virusa yoluxduğunu demişdi.