"Show tv"də yayımlanan "Arıza" serialı ilə bağlı gözlənilməz qərar qəbul edilib.

Unikal.org xəbər verir ki, əsas rollarında Tolga Sarıtaş, Ayça Ayşin Turan, Ahmet Mümtaz Taylan kimi aktyorların çəkildiyi ekran işi final edəcək.

Layihə 30-cu bölümlə sona yetəcək.

Qeyd edək ki, rejissoru Recai Karagöz olan serialın ssenari müəllifləri Ozan Aksungur, Cüneyt Aysan, Yılmaz Şahin və Çağla Kızılelmadır.