Türkiyəli tanınmış aktrisa Ceren Yılmaz “İstanbul Konvensiyası”nın ləğv edilməsinə etiraz edib.
Unikal.org xəbər verir ki, sosial şəbəkə hesabı "Instagram"dan canlı yayım edən aktrisa etirazını bildirərkən göz yaşlarına boğulub:
“Kişilərin üstün olduğu cəmiyyətdə yaşamaq istəmirəm. Mafiayaların olmağını istəmirəm. İstəyirəm küçədə rahat gəzim. İş yerində kişilər tərəfindən fiziki zorakılığa məruz qalmaq istəmirəm. Düşünürəm ki, kimsə bunu yaşamadığımızı desə, o yalan danışır və başına gələnləri gizlədir. Biz buna son verməliyik”.
Qeyd edək ki, “İstanbul Konvensiyası” qadınlara qarşı zorakılığı pisləyir və onların qorunmasını təmin edir. Cəmiyyətin bütün üzvlərini, o cümlədən kişiləri qadınlara qarşı edilən hər cür zorakılığın qarşısını almağa çağırır. Türkiyə bu konvensiyaya 2014-cü ildə qoşulub, ötən gün isə rəsmi qərarla ayrılıb.