Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Unikal.org xəbər verir ki, komandamız İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya yığması ilə qarşılaşır.
Görüşü almaniyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Daniel Siebertdir. Ona həmyerliləri Jan Seidel və Rafael Foltin kömək edirlər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirir.
***23:53
Portuqaliya və Azərbaycan milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun I tur matçı başlayıb.
Unikal.org xəbər verir ki, qarşılaşma İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçirilir.
Qeyd edək ki, bu qrupun digər görüşündə Serbiya yığması evdə İrlandiya ilə üz-üzə gəlir.