Məşhur niderlandlı rəssam Vinsent Van Qoxun əsəri 11.25 milyon avroya satılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, satış hərrac yolu ilə gerçəkləşdirilib. Nyu-York və Honkonqdan olan şirkətlərin qatıldığı hərracda yekun təklif 11.25 milyon avro olub.

Rəsm əsəri Van Qox tərəfindən 1887-ci ildə yaradılıb. Rəssam həmin dövrdə böyük qardaşı ilə birlikdə yaşayırmış. Rəsm 100 ilə yaxın müddətdə bir ailənin arxivində qalıb.