Türkiyəli aktrisa Bensu Soral ötən il vəfat edən əfsanəvi basketbolçu Kobe Brayantın çəkdiyi rəsmini satışa çıxarıb.
Unikal.org xəbər verir ki, aktrisanın "RIP Black Mamba" adlı əsəri 3 min 968 dollara (təxminən 6 min 745 manat) satılıb.
Qeyd edək ki, 2020-ci il yanvarın 27-də helikopter güclü dumana görə Kaliforniya əyalətinin Kalabas bölgəsində qəzaya uğramışdı. Hadisə nəticəsində basketbolçu ilə yanaşı 13 yaşlı qızı Cianna Mariya da həlak olmuşdu.