ABŞ-ın Los-Anceles şəhərində məşhur müğənni Beyonsenin 1 milyon dollar məbləğində geyim və digər əşyaları oğurlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, , naməlim şəxslər müğənninin əşyalarının saxlandığı anbara daxil olaraq oradan paltar və çantalar aparıb.

Qeyd olunur ki, oğurluq hadisəsi bir ay ərzində iki dəfə baş verib. Hazırda oğurluq edənlərin axtarışları aparılır.