Bakıda Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən 50-BA-446 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobilə cərimə yazılıb.

Unikal.org-un məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (dayanma qaydalarını pozmağa görə) maddəsinə əsasən yazılan protokol Məmmədov Elnur Ramiz oğluna məxsus olan 50-DA-446 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobilə göndərilib.

Qeyd edək ki, DİN-in Elektron Ödəmə Portalında da sözügedən protokolla bağlı məlumatlarda uyğunsuzluq var.

Belə ki, qeyd olunan məlumata görə, 29.03.2021-ci il tarixində tərtib edilən protokolla bağlı 03.02.2021-ci il tarixində qərar çıxarılıb. 

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a açıqlamasında bildirib ki, qeyd olunan protokol texniki səhvə baş verib. Sözügedən avtomobil barəsində olan protokol ləğv edildi.

Seymur Əli