Qazaxda 6 orta məktəb koronavirusa görə bağlanıb.

Bu barədə Unikal.org-a Qazax Şəhər Təhsil Şöbəsindən bildirilib.

Rayonun 6 məktəbində COVID-19 infeksiyasına yoluxmalar təsdiq olunub.

Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.