"İlhamə Quliyevanın mənə qarşı qadın qısqanclığı var idi: niyə mən evimin xanımı oldum, o yox. Həm İbrahim, həm Faiq bəylə (keçmiş həyat yoldaşları - red.) İlhamə Quliyevanın məndən əvvəl münasibəti olub. Faiq bəy dünyasını dəyişəndə evimə bıçaqla gəlmişdilər. Qısıldım divara, orada olanlar aramıza girdi, bıçaq mənə dəymədi. İlhamə xanım məndən anonim şikayətlər yazırdı, guya, mən kiminsə övladlarını öldürtmək istəyirəm. Bizim üç maşınımız, evimiz var idi, onları əlimizdən almaq istəyirdilər. İlhamə faiqin qohumları ilə danışmışdı".
Unikal.org xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Müğənni mərhum həyat yoldaşı, məşhur cərrah İbrahim Topçubaşovdan danışıb. O bildirib ki, əri dünyasını dəyişəndə hamilə imiş:
"Düşmənləri çox idi, qorxdum böyüdə bilməyəm. Bir anam, bir mən idim. Allahın yanında böyük günah işlədim. Ona görə də uşağı tələf etdim".
F.Kərimova şəxsi həyatı ilə bağlı etiraf edib:
"Üçüncü nikahım saxta olub. 20 ilə yaxın xaricdən kənara məni buraxmırdılar. Hamı qastrol səfərlərinə gedirdi, mənim də adım yazılırdı, amma qoymurdular".