Rusiya sülhməramlılarının müşayiəti ilə erməni zəvvarlar Xudavəng və Amaras monastrlarını ziyarət ediblər.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində sülhməramlılar Qarabağda dinc həyatın bərpasına kömək göstərməyə davam edirlər.

Məlumata görə, Rusiya sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir. Bu məqsədlə rus sülhməramlıları bir qrup erməni zəvvarı Xudavəng və Amaras monastrılarına ziyarət zamanı müşaiət ediblər.