Myanmada baş verən hərbi çevrilişdən sonra formalaşmış xunta rejiminə qarşı etirazlarda 510 nəfər həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri dinc etirazçılara qarşı amansız və zorakı metodlardan istifadə edirlər.

3 mindən çox aksiyaçı həbs edilib və qeyri-insani şəraitdə saxlanılırlar. Yüzlərlə insan yaralanıb. 510 etirazçı isə həyatını itirib. Ölənlər arasında azyaşlılar da var.