Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan çay evi aşkar edilib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Tədbir zamanı Xırdalan şəhərində vətəndaş Elcan Qurbanovun işlətdiyi "Baron" çay evinin gecə saat 01:00 radələrində müəyyən edilən qaydalara zidd olaraq müştəriləri qəbul etdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən obyektin sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.