Nuşirəvan Məhərrəmli Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası üzvülüyündən çıxması ilə bağlı xəbərə münasibət bildirib.

Unikal.org-a açıqlama verən N.Məhərrəmli bu xəbərin yeni olmadığını bildirib:

"Səlahiyyət müddətim bu il yanvarın 28-də bitib. Hələ yeni üzvlər təyin olunmayıb. Yeni təyinatların olub-olmayacağı ilə bağlı hələlik məlumat yoxdur. Hazırda işsizəm. Hər hansı fəaliyyətlə məşğul deyiləm".

Famil Fərhadoğlu