Qarabağdakı Rusiya sülhməramlı hərbi kontingenti üçün yeni blok-modul tipli şəhərciklər və mobil hospital tikilir.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya MN başçısının müavini Dmitri Bulqakov Qarabğa səfəri zamanı bu barədə danışıb.

Hərbçi qeyd edib ki, hazırda 25 blok-modul tipli hərbi şəhərciyin tikintisi davam etdirilir və 5 apreldən gec olmayaraq şəhərciklərin təhvil verilməsi nəzərdə tutulub.

D.Bulqakovun sözlərinə görə, həmçinin Qarabağdakı Rusiya sülhməramlıları üçün mobil hərbi hospital da tikilir ki, onun da aprel ayının sonuna qədər hərbi qulluqçuların istifadəsinə verilməsi planlaşdırılır.