Göygöl rayonunda ağır yol qəzası baş verib.

Unikal.org-un bölgə müxbirinin verdiyi məlumata, hadisə nəticəsində bacı-qardaş - 1970 ci il təvəllüdlü Dürdanə Xəlilova və  Adil Xəlilov xəsarət alıb. 

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. Həkimlərin bildirdiyinə görə  Dürdanə Xəlilova və  Adil Xəlilovun vəziyyəti ağırdır.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli