Dövlət Gömrük Komitəsi "AS İnşaat-N" Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati qaydada protokol tərtib edib.

Unikal.org-un məlumatına görə, İnzibati xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə (on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə) əsasən tərtib edilən protokol baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib. İşə hakim  Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, sözügedən inzibati xətanın törədilməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

Seymur Əli