“Zəfər Muzeyinin inşası onun layihəsindən asılıdır. Layihə hazırlanıb, təsdiq olunandan sonra təbii ki, onun inşasına başlanılacaq”.

Unikal.org xəbər verir ki, bunu Mədəniyyət naziri Anar Kərimov bildirib. Onun sözlərinə görə, Zəfər Muzeyi möhtəşəm bir kompleks və muzey olacaq:

“Onu deyə bilərəm ki, bəlkə də dünyada unikal bir yer olacaq. 

Zəfər Muzeyi bizim üçün bir qürur və necə deyərlər gələcəyə nikbinliklə baxmaq üçün bir yaddaş olacaq”, - deyə nazir əlavə edib.