Bütün dünya bir ildən çoxdur koronavirus pandemiyası ilə mübarizə apararkən, türkiyəli Onkologiya Mütəxəssisi Halis Yerlikaya xərçəng xəstəliyi ilə əlaqədar diqqətçəkən xəbərdarlıqlar edib.  

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yerlikaya son zamanlar xərçəng xəstələrinin müraciətindən danışıb. 

"İnsanlar pandemiya səbəbiylə digər xəstəliklərin müalicəsi üçün xəstəxanalara müraciət etmirlər. Onlar virusa yoluxma qorxusuna görə digərlərinin müalicəsini gecikdirirlər. Bu da xərçəng kimi xəstəliklərin artmasına şərait yaranır". 

Bununla yanaşı tanınmış onkoloq koronavirus bitər-bitməz xərçəng pandemiyasının yaranacağını  bildirib.