Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Avropa Birliyi (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel arasında telefon danışığı olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna sərhədlərində Rusiyanın hərbi aktivliyinin artması əsas müzakirə mövzusu olub.

Rusiyanın addımlarının təhlükəsizliklə bağlı gərginliyi artırdığı bildirilib. J.Borrel Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə edib.