Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda koronavirusun təhlükəli növünü aşkar etdiyini açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu virusa gündəlik 300-350 min insan yoluxur.
ÜST-ün mütəxəssisləri statistika məlumatlar və müayinələr əsasında yeni ştamın yüksək yoluxuculuq qabiliyyətinə malik olduğunu və orqanizmdə yaranmış antitellərə qarşı dözümlü olduğunu açıqlayıb.