Türkiyədə son sutka ərzində 346 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 43 min 301 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 710 min 582, pandemiya qurbanlarının sayı isə 39 min 57 nəfərə çatıb.
Türkiyədə indiyədək 4 milyon 167 min 263 pasiyent (son sutkada 45 min 592 nəfər) sağalaraq evə buraxılıb.