Ukrayna Prezidenti Vladimir Zelenski Xerson vilayətinə, Krımla Ukrayna arasındakı cəbhə xəttinə səfər edib.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Dövlət başçısının səfər zamanı hərbi birliklərdə yoxlamalar keçirdiyi bildirilib.

Sıravi əsgərlərlə görüşən Zelenski birliklərdəki vəziyyətlə bağlı məlumat alıb.

Prezident Rusiyanın öz hərbi birləşmələrini çəkməyə başlamasına baxmayaraq, onların yenidən qayıda biləcəyini vurğulayıb və Ukrayna ordusunun buna hazır olmasının vacibliyini önə çəkib.

Həmçinin, dövlət başçısı Avropa ölkələri və ABŞ-ın birgə cəhdlərinin bölgədə gərginliyin azalması üçün şərait yaratdığını əlavə edib.