Rusiya Ukrayna ilə sərhəddən qoşunlarını qismən geri çəkib.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidmətinin rəhbəri bildirib.

O deyib ki, Rusiya qoşunlarını şərq sərhədlərindən yox, yalnız Krımdan geri çəkib.

Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu bir neçə gün əvvəl Ukrayna ilə sərhəddə təlimlərdə iştirak edən hərbi birləşmələrin təlimləri tamamladığını və aprelin 23-dən etibarən geri çəkiləcəyini bildirib.