ABŞ-ın Şimali Karolina ştatında yaşayan 12 yaşlı Mike Uimmer eyni zamanda həm kollec, həm də universitet məzunu olub.
Unikal.org xəbər verir ki, o, 1 ildən çoxdur ki, tətbiq olunan karantin dövründə vaxtını dəyərləndirib. Belə ki, təhsil həyatını erkən bitirməyə qərar verən Uimmer 1 ildə sürətli təhsil pilləsindən istifadə edərək, kollec və universiteti eyni zamanda yüksək qiymətlərlə bitirib.