Səudiyyə Ərəbistanında leysan yağışların yağması və dolu düşməsi ölkənin bir çox şəhərlərində, o cümlədən də dünya müsəlmanlarının müqəddəs şəhəri Məkkədə ciddi problemlər yaradıb.
Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə şəhər küçələrindən müvafiq görüntülər, eləcə də bütün çətinliklərə baxmayaraq, Məscidül Həramda zəvvarların ibadətə davam etmələrini əks etdirən videolar yayılıb. Dolu səbəbindən ziyarətgah bir anın içində ağ örpəyə bürünüb.
Şəbəkə istifadəçilərinin bir çoxu bunu Ramazan ayı səbəbilə Allahın rəhməti, edilən duaların qarşılığı olaraq qiymətləndirib.
Qeyd olunub ki, ölkə rəhbərliyi hələ ötən həftə baş verə biləcək sel fəlakəti ilə bağlı əhaliyə xəbərdarlıq edib (baku.tv).