Argentinada 5.7 bal gücündə zəlzələ baş verib.
Unikal.org Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri 2,6 min sakin yaşayan Andakolyo şəhərindən 7 kilometr cənub-qərbdə, ocağı isə 126 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.