Gürcüstanda ötən sutkada koronavirusa 1 433 yeni yoluxma halı təsdiqlənib, 1 160 nəfər müalicə olunaraq sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 308 834-ə, sağalanların sayı isə 289 976-ya yüksəlib.
Son 24 saat ərzində daha 18 pasiyent vəfat edib və xəstəlikdən ümumi ölüm sayı 4 095 olub.