İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 385 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 71 351 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 19 899 nəfər koronavirusa yoluxub. İranda COVID-19-a yoluxanların ümumi sayı 2 479 805 nəfərə çatıb.