Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan və həyat yoldaşı Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Unikal.org  erməni KİV-ə  istinadən xəbər verir ki, bu barədə Alaverdyan özü bildirib.

Məlumata görə, Alaverdyan və əri qanunsuz silah saxlama işi çərçivəsində MTX-yə dəvət olunub.

Sabiq ombudsman bu işin “Sisakan” dəstəsinin komandiri Aşot Minasyana qarşı irəli sürülən ittihamla əlaqəli olduğunu hesab edir.