Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 151 milyon 143 min 582 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 179 min 495 nəfərdir. İndiyədək 128 milyon 550 min 699 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 870 419 nəfər koronavirusa yoluxub, 14 886 nəfər vəfat edib.