Qırğızıstanın Tacikistanla sərhədində yerləşən Batken vilayətində 13,5 min sakin təxliyə olunub.
Unikal.org-un məlumatına görə, bunu Batken vilayət rəhbərliyi bildirib.
Qeyd olunur ki, sakinlər ötən gün iki ölkə arasında toqquşmanın baş verdiyi bölgələrdən daha təhlükəsiz yerlərə köçürülüb.
Hazırda sərhəd zonasında vəziyyətin sakit olduğu deyilir.
Ötən gün Qırğızıstan və Tacikistan hərbi birləşmələri arasında altı saata yaxın atışma baş verib. İnsident nəticəsində hər iki tərəfdən ümumilikdə 20 nəfər həlak olub, 150-dən çox şəxs yaralanıb.