Hindistanda son sutkada koronavirusa 386 452 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu, pandemiya başlayandan bəri ən yüksək sutkalıq göstəricidir. İndiyədək Hindistanda 18 762 976 nəfər koronavirusa yoluxub, 208 330 pasiyent dünyasını dəyişib. 15,3 milyon xəstə sağalıb.