Qırğızıstan-Tacikistan sərhədinin Leyl bölgəsində yenidən atışma başlayıb.
Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, atışma bir saatdır davam edir.
Aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin sakinləri arasında insident baş verib. Daha sonra iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurma yaşanıb.
Toqquşma altı saatdan çox davam edib. Hadisə nəticəsində 150-dən çox insan yaralanıb, 20 nəfər ölüb. Axşam saatlarında tərəflər atəşkəs və qüvvələrin sərhəddən çəkilməsi barədə razılığa gəlmişdilər.