ABŞ Prezidenti Co Baydenin 24 aprel açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Anadolu” agentliyinin müxbirinə daxil olan yazılı açıqlamada bildirilib.
“ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısındakı Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb, bu vəziyyət Xarici Dövlət Toxunulmazlığı Qanunu ilə tənzimlənməkdədir”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin 24 apreldə etdiyi açıqlamasında 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsinə Türkiyə tərəfi sərt reaksiya verib.