Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat başlayıb.
Unikal.org xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən ölkənin 48 vilayətində paralel keçirilən əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatları ilə əlaqədə olmaqda şübhəli bilinən 166 üzvünün saxlanılmasına qərar verilib. Saxlanılan 139 hərbçidən dördü baş leytenant olmaqla, 18 nəfər həbs edilib. Hazırda daha 27 nəfərin axtarışları davam edir.
Bundan başqa, İzmir vilayətində keçirilən əməliyyatlarda saxlanılan 221 hərbçidən 127-si həbs olunub. Əməliyyatlar davam etdirilir.