Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Moskvada ermənistanlı həmkarı Artak Davtyanla görüşüb.
Unikal.org xəbər verir ki, danışıqlar nümayəndə heyətləri səviyyəsində keçirilib. Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair məsələlər müzakirə edilib.
Qeyd edək ki, bu, Rusiya və Ermənistan Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Buna qədər onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclası çərçivəsində görüşüblər.