Böyük Britaniyada son sutka ərzində 2381 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 416 623 nəfərə çatıb.

Ötən 24 saatda daha 15 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 127 517 nəfərdir.