Rusiya Avropa İttifaqının (Aİ) 8 vətəndaşının və rəsmi struktur nümayəndələrinin ölkəyə girişini qadağan edib.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sanksiyalar siyahısına Avropa Parlamentinin rəhbəri Daid Mariya Sassoli də daxil edilib.
“Avropa İttifaqı Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı birtərəfli qanunazid məhdudlaşdırıcı tədbirləri tətbiq etməyə davam edir. Təkcə bu ilin mart ayında 6 Rusiya vətəndaşı Avropa ittifaqının qeyri-qanuni sanksiyasına məruz qalıb”, - deyə Rusiya XİN-nin yaydığı məlumatda qeyd olunub.
Rəsmi Moskva cavab tədbiri olaraq Aİ nümayəndələrinə sanksiyalar tətbiq edib.