Hindistanda sutka ərzində 401 993 nəfərdə koronavirus aşkar edilib. Bu, pandemiyanın başlanğıcından bəri ölkədə ən yüksək göstəricidir.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Qeyd edək ki, aprelin 30-da sutkalıq yoluxma 386 452 nəfər olub.
Hindistan koronavirusa yolxumaların sayına görə dünyada ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə ümumilikdə 19,1 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 15,6 milyondan çox xəstə sağalıb. Son sutkada 3 523 nəfər pandemiyanın qurbanı olub. Ümulikdə 211 min insan koronavirus və yanaşı xəstəliklərdən ölüb.