Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1147 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 311 457 ölənlərin sayı isə 4 130 nəfərə çatıb. Virusa yoluxanlardan 291 457 nəfərin sağaldığı bildirilir.