ABŞ-da son sutka ərzində 56 381 koronavirus xəstəsi aşkar edilib, 1 038 nəfər bu xəstəlikdən ölüb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Cons Hopkins Universiteti yayıb.

Dünən isə sutka ərzində 58 mindən çox insanda COVID-19 xəstəliyi aşkar edilib, 854 nəfər dünyasını dəyişib.

Ümumilikdə, koronavirus pandemiyasının başlanğıcından bəri ABŞ-da 32,3 milyondan çox yoluxma faktı qeydə alınıb, 576 mindən çox COVID-19 xəstəsi ölüb.