Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri ilə telefonla danışıb.
Unikal.org-un verdiyi məlumata görə, M.Çavuşoğlu qırğız həmkarı Ruslan Kazakbayev və tacik həmkarı Sirocidin Muhriddin ilə ayrı-ayrılıqda telefonla danışarkən bildirib ki, Türkiyə iki qonşu, qardaş ölkə arasında yaranan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.
Nazir deyib ki, ehtiyac olacağı təqdirdə Türkiyə hər iki ölkəyə dəstək verməyə hazırdır.
M.Çavuşoğlu iki ölkə arasında imzalanan atəşkəs razılaşmasından Türkiyənin məmnun olduğunu ifadə edib.