Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 665 mindən çox artıb.

Unikal.org-un məlumatına görə, ötən sutka ərzində 665 530 nəfər yeni koronavirusa yoluxub, 9 177 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 152 656 828, ölənlərin isə 3 202 221 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 33 128 771 nəfər. Siyahıda daha sonra Hindistan (19 549 656), Braziliya (14 665 962), Fransa (5 642 359), Rusiya (4 814 558), Böyük Britaniya (4 418 530), İtaliya (4 035 617), İspaniya (3 524 077), Almaniya (3 405 610) və Argentina (2 977363) gəlir.