ABŞ Prezidenti Co Bayden, cümə günü Vaşinqtonda olan İsrail Xarici Kəşfiyyat Xidmətinin ("Mossad") rəhbəri Yosi Koenlə görüşüb.
Unikal.org “Axios” xəbər portalına istinadən xəbər verir ki, görüş əvvəlcədən planlaşdırılmayıb.
“Reuters” yaydığı məlumatda isə bildirilib ki, Koen cümə axşamı ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Görüş zamanı xüsusi xidmət rəhbərinin İranın nüvə fəaliyyətlərindən dərin narahatlığını ifadə etdiyi vurğulanıb.
ABŞ liderinin Koenlə görüşünün cümə günü Baydenlə Netanyahu arasındakı telefon danışığından əvvəl və ya sonra baş verdiyi açıqlanmayıb.
Qeyd edilib ki, Koen Netanyahuya İran mövzusunun müzakirəsi barədə məlumat verib.
Xatırladaq ki, bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlərə Blinken və Koen arasındakı məsləhətləşmələr faktını nə təsdiq, nə də təkzib edib.