İran dövlət televiziyası ABŞ Konqres binasının partladılma anını paylaşıb.  

Unikal.org xəbər verir ki, görüntülərdə İran əsgərlərinin və din xadimlərinin ABŞ Konqres binasını mərmilərlə hədəf alındıqdan sonra birlikdə Qüdsə yürüş etdiyi səhnələr yer alıb.

Belə ki, videogörüntülərə  qısa zamanda ABŞ-dan reaksiya gəlib. Pensilvaniya ştatından olan respublikaçı senator Pat Toomey videoya "İran İnqilab Keşikçiləri Qapitolunu partlatdığı barədə saxta bir video yayımlayıb",-deyə münasibət bildirib.