Gürcüstanda ötən sutkada daha 504 nəfərə koronavirus diaqnozu qoyulub, 27 pasiyent ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19-a 330 879 nəfər yoluxub, onların 4 469-u vəfat edib.
Son 24 saat ərzində xəstəlikdən 2 038, ümumilikdə isə 310 859 nəfər müalicə olunaraq sağalıb.