Prezident İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Unikal.org xəbər verir ki, dəyişikliklə Nizamnamənin 5.7-ci bəndinə "saxlanma xərcləri" sözlərindən sonra "dövlət icbari şəxsi sığortası vəsaitləri” sözləri əlavə edilib.
Dəyişikliklə Fondun gəlir və xərcləri üzrə əməliyyatlar (saxlanma xərcləri və dövlət icbari şəxsi sığortası vəsaitləri istisna olmaqla) xəzinə hesabı vasitəsilə həyata keçirilir.