Sosial Tədqiqatlar Mərkəzi (STM) “İnam indeksi” jurnalının 5-ci sayında, “Prezidentin Fəaliyyəti ictimai rəydə” sorğu sənədində yer alan bəzi nəticələri ictimailəşdirib.

Bu barədə Unikal.org-a STM-dən məlumat verilib.

Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyəti də respondentlər tərəfindən qiymətləndirilib.

Belə ki, Prezidentin ordu quruculuğu və ordunun təkmilləşdirilməsi (86,5%), xarici siyasət (69,4%), sosial müdafiə (50%), qeyri-neft sektorunun (45,3%) və kənd təsərrüfatının inkişafı (46,7%), kadr islahatları (43,7%), korrupsiyaya qarşı mübarizə (45,8%), əhalinin sağlamlığının qorunması (54,9%), əhalinin fiziki və mülki təhlükəsizliyinin təmin edilməsi (60%), pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması (55,7%), mədəni sahədəki islahatlar (51,5%) istiqamətlərindəki fəaliyyəti respondentlər tərəfindən “çox yaxşı” qiymətləndirilib.